-
- 19-06-2023, 11:15
- 310
Azərbaycan bankları kreditlər üzrə tələbin artacağını gözləyirlər
Azərbaycan bankları bu ilin II rübündə həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə tələbin artacağını gözləyirlər.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Qurum həmçinin bu qənaətə gəlib ki, I rübdə bankların kreditləşmə siyasətində yumşalma davam edib. Bununla belə, ötən rüblərlə müqayisədə həm biznes, həm də istehlak portfelləri üzrə yumşalma tendensiyasında səngimə meylləri nəzərə çarpıb. Son rübdə banklar biznes kreditləri üzrə qısamüddətli və milli valyutada verilən kredit şərtlərində yumşaltmanı azaldıb, o cümlədən, xarici valyutda verilən kredit şərtlərində isə daha da sərtləşməyə gedib. Banklar 2023-cü ilin II rübündə biznes və istehlak portfelləri üzrə kredit standartlarında yumşalma tendensiyasında səngimənin davam edəcəyi qənaətindədirlər. Cari ilin ilk rübündə biznes və istehlak kreditlərinə tələb artımında da səngimə meylləri nəzərə çarpıb. Bunun əksinə, ipoteka portfeli üzrə tələbin artımı müşahidə edilib.