-
- 3-04-2023, 10:10
- 364
Bu şəxslərə sərfəli kreditlər veriləcək - VİDEO
2022-ci ilin IV rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmalar baş verib.
Yumşalma əsasən qısamüddətli və milli valyutada olan biznes kreditləri üzrə olsa da, uzunmüddətli kreditlərin verilmə şərtlərində də yumşalmalar müşahidə edilib.
İqtisadçı ekspert Rəşad Həsənli "Xəzər Xəbər”ə bildirib ki, pandemiyadan sonra iqtisadi sferada risklərin artması bankların kredit siyasətinə də təsir göstərmişdi. Lakin 2022-ci ilin sonlarına doğru bu istiqamətdə dəyişikliklər müsbətə doğru getdi. Bir sıra karantin qadağalarının aradan qalxması Azərbaycan daxilində müəyyən sektorlarda fəaliyyətlərin canlanmasına səbəb olub. Bu bankların kredit siyasətində də özünü göstərir.
Ekspert bildirib ki, biznes kreditlərinin həcmi ötən illə müqayisədə 1 milyarda yaxın artıb.
Rəşad Həsənovun sözlərinə görə, sektorlar arasında yaranan bu fərq isə, biznes kreditlərinə bəzi sahələrdə daha çox ehtiyac olduğunu göstərir. İnşaat, iaşə, nəqliyyat və ticarət xidmətlərinin təşkili kimi sahələrdə kreditləşmə nisbətən daha sürətlə genişlənməyə başlayıb. Buna görə də bu növ kreditlərin daha sərfəli şərtlərlə verilə biləcəyi gündəmdədir.