Mənzillər yaxın bir ayda UCUZLAŞACAQ — Qiymətlərdə eniş müşahidə olunacaq
    • 20-06-2023, 16:03
    • 511

Mənzillər yaxın bir ayda UCUZLAŞACAQ — Qiymətlərdə eniş müşahidə olunacaq

Hazırda mənzillərin qiyməti bahalaşmaqda davam edir.

News24.az xəbər verir ki, bu barədə Trend-ə əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, belə olduqda aztəminatlı ailələr ev ala bilmir.

Güzəştli mənzillərin sayı nə qədər çox olsa aztəminatlı ailələr bundan yararlanacaq.

"Mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırasını genişləndirilərək müvafiq kateqoriyaya uyğun gələn jurnalistlərin də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar sırasına əlavə edilməsi müsbət haldır. Yüzlərlə jurnalist var ki onların əməkhaqqısı yalnız onların aylıq yaşamına təsir edir. Böyük bir hissəsi də kirayələrdə qalır."

E.Fərzəliyev deyib ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti satışına başlaması əmlak bazarında nisbətən durğunluq yaradıb və qiymətin ucuzlaşmasına səbəb ola bilər.

"Beləki nə qədər çoxlu güzəştli mənzillər satışa çıxarılarsa bahalı mənzillər bazarda uzun müddət qalır və gec satılırlar. Belə layihələr çox olarsa evsiz insan da azalar. Şirkətlərin daxili iporeka şərtlərinə baxsaq faizlərin çox yüksək olduğunu görəcəyik. Bəzən şirkətlərin satdığı mənzilin aylıq ödənişi vətəndaşın bir aylıq gəlirindən çox olur."

Ekspertin sözlərinə görə, güzəştli mənizllərin ucuz olmasının əsas səbəbi tikilən bina üçün torpağın dövlət tərəfindən pulsuz ayrılmasıdır.

"Belə güzəştli mənzillərin satışına qadağa tətbiq olunmalıdır. Bəzən mənzilə ehtiyacı olmayan mənzil əldə edib sonradan baha qiymətə satır. Həqiqi evə ehtiyacı olan insanlar mənzil ala bilmir və kənarda qalır",- deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal, Hövsan və Gəncədə güzəştli mənzillərin növbəti satışına başlayır.

MİDA-dan verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu "6" ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, "10L" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin satışı 29 iyul 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.