Körpəsi ilə qətlə yetirilən Leyla BDU-nun tələbəsiymiş...
    • 21-06-2023, 23:23
    • 309

Körpəsi ilə qətlə yetirilən Leyla BDU-nun tələbəsiymiş...

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbəsi Leyla Hüseynli və körpəsi vəhşicəsinə qətlə yetirilib.

Bu barədə BDU məlumat yayıb.

Qeyd olunub ki, universitet kollektivi bu ağır cinayətdən kədərləndiyini bildirir, tələbəmizə rəhmət diləyir, cinayətkarın layiq olduğu cəzanı alacağına inanır. Leyla Hüseynli intizamlı, fəal tələbə kimi tanınıb, yüksək akademik göstəriciləri olub.

Allah rəhmət eləsin!