Millimiz FIFA reytinqində 2 pillə irəliləyəcək
    • 22-06-2023, 11:45
    • 130

Millimiz FIFA reytinqində 2 pillə irəliləyəcək

Azərbaycan millisi növbəti FIFA reytinqində 2 pillə irəliləyəcək.

News24.az-ın məlumatına görə, yığma dünya sıralamasında 122-ci yerə yüksələcək.

Buna Canni De Byazinin kollektivinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə Bakıda heç-heçə etməsi (1:1) səbəb olub. Nəticədə komandanın aktivinə 1 reytinq xalı əlavə edilib. 1143 xalla 122-ci yerə yüksələn Azərbaycan yığması Toqonu özündən irəli buraxsa da, Mərkəzi Afrika Respublikası, Liviya və Nigeri qabaqlayıb.

Reytinq cədvəlinin ilk “üçlüy”ündə dəyişiklik olmayacaq. Argentina 1-ci, Fransa 2-ci, Braziliya isə 3-cü pillədəki yerini qoruyacaqlar.

Qeyd edək ki, növbəti FIFA reytinqi iyulun 20-də açıqlanacaq. Aprelin 6-da yayılan sıralamada Azərbaycan millisi 1142 xalla 124-cü pillədə göstərilib.