"Deputatların pullarını saymaqla məşğuldurlar" —  Siyavuş Novruzov
    • 23-06-2023, 14:26
    • 229

"Deputatların pullarını saymaqla məşğuldurlar" — Siyavuş Novruzov

"Deputatların pullarını saymaqla məşğuldurlar, özlərindən bu pulların haradan olduğunu soruşan yoxdur”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bu gün müxalifət partiya sədrləri AXCP sədri Əli Kərimli deputatlardan baha maşın sürür, uşaqları bizim üç illik əməkhaqqımız məbləğində Londonda oxuyur: "Onlardan soruşmaq lazımdır ki, 20 ildir bu pullar sizə haradan gəlir? Ona görə də, qanun layihəsinə əlavələr edilməlidir ki, bu kimi məsələlər aydınlaşsın. Deputatların pullarını saymaqla məşğuldurlar. Amma özlərindən bu pulların haradan olduğunu soruşan yoxdur”.