-
- 23-06-2023, 16:46
- 259
Bakı, Astana və Tbilisi Orta Dəhliz üzrə yol xəritəsini razılaşdırıblar
Gürcüstan, Qazaxıstan və Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üzrə beşillik yol xəritəsini razılaşdırıblar.
News24.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qazaxıstanlı həmkarı Alixan Smailovla Tbilisidə birgə mətbuat konfransında deyib.
"Bizim Orta Dəhlizin inkişafı üzrə konkret yol xəritəmiz var və Qazaxıstanla artıq bu barədə razılığa gəlmişik. Bu təqribən beşillik plandır. 2027-ci ilədək Gürcüstan, Azərbaycan və Qazaxıstanın nə etməli olduqlarını dəqiq bilirik", - Qaribaşvili deyib.
Gürcüstanın dövlət başçısı üç ölkənin bütün maneələri aradan qaldıraraq Orta Dəhlizi daha cəlbedici etmək istiqamətində çalışdıqlarını əlavə edib.
"Biz bu layihədə Azərbaycanla birgə iştirak edirik. Gürcüstan, Azərbaycan və Qazaxıstan bütün maneələri aradan qaldıraraq Orta Dəhlizi o cümlədən Mərkəzi Asiya, Çin, Asiya ölkələri üçün daha cəlbedici etmək üçün, Orta Dəhlizdən daha çox yükün keçməsi üçün əməkdaşlıq edir", - o sonda deyib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çinlə Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir.