Telman İsmayılov 5 milyona sığınacaq alıb? —  Özü açıqladı
    • 23-06-2023, 17:46
    • 247

Telman İsmayılov 5 milyona sığınacaq alıb? — Özü açıqladı

"Çernoqoriyada siyasi sığınacaq almaq üçün heç kimə pul verməmişəm".

News24.az lent.az-a istinadən xəbər verir ki, bu barədə azərbaycanlı milyonçu Telman İsmayılov açıqlamasında bildirib.

Bir qədər öncə Çernoqoriyanın gələcəyi uğrunda hərəkatı biznesmeni 5 milyon dollar müqabilində bu ölkədə siyasi sığınacaq almaqda ittiham etmişdi.

İsmayılov bildirib ki, sivil ölkələrdə belə böhtanlara görə məhkəməyə verirlər. Amma o hələ ki, buna tələsmir.

Onun dediyinə görə, 2000-ci ilin oktyabrında yerli hökumət qanuni qaydada ona siyasi sığınacaq verib.