Huşunu itirən karateçimizin vəziyyəti stabildir
    • 24-06-2023, 00:32
    • 207

Huşunu itirən karateçimizin vəziyyəti stabildir

Azərbaycan karateçisi Fəridə Əliyevanın vəziyyəti indi stabildir, bütün tibbi müayinələrdən sonra klinikadan buraxılıb və bu axşam Bakıya qayıdacaq.

News24.az xəbər verir ki, bunu Polşada keçirilən III Avropa Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin sözçüsü Qabil Mehdiyev Azərtac-a deyib.

Q.Mehdiyev idmançımızın ciddi xəsarət almadığını bildirib: "İdmançımızın iki ay əvvəl Avropa çempionatının finalında italiyalı rəqiblə döyüşdə burnu sınıb. Zərbə köhnə zədənin üzərinə dəydiyi üçün qanaxma nəticəsində huşunu itirib. Dərhal xəstəxanaya aparılıb, sistem köçürülüb, ilkin tibbi yardım göstərilib. İdmançının zədəsinin ciddi olmadığı bildirilib".

Qeyd edək ki, Azərbaycan karateçisi Fəridə Əliyevanın (+68 kq) Polşada keçirilən III Avropa Oyunlarında italiyalı Klio Ferrakutti ilə döyüşdə burnu sınıb.