-
- 23-06-2023, 16:20
- 237
III Avropa Oyunları: iki karateçimiz medalı təmin etdi — YENİLƏNDİ
Azərbaycanın daha bir karateçisi Krakov-2023 III Avropa Oyunlarında medalı təmin edib.
News24.az bildirir ki, 84 kq-dan yuxarı çəkidə çıxış edən Asiman Qurbanlı yarımfinala vəsiqə qazanmaqla bunu bacarıb.
B qrupundakı ilk görüşündə ispaniyalı Babakar Sakoya 6:4 hesabı ilə qalib gələn 31 yaşlı idmançı növbəti qarşılaşmada gürcüstanlı Qoqita Arkania ilə bacarmayıb – 1:2. Son döyüşdə isə bosniya və herseqovinalı Anes Bostanjiçi 9:1 hesabı ilə məğlub edən Azərbaycan karateçisi adını yarımfinala yazdırıb.
Qadınlardan isə Fəridə Əliyeva (68) qrupdakı hər üç görüşünü uduzaraq, mübarizəni dayandırıb.
***11:58
Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Anita Makyana (8:0) qalib gələrək, medalı təmin edib.
News24.az xəbər verir ki, 68 kq çəki dərəcəsində əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyən dünya və Avropa çempionu ardıcıl ikinci qalibiyyət sayəsində yarımfinala yüksəlib.
27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin edib. O, qrupda son görüşünü İzabel Nyetoya qarşı keçirəcək.
Qeyd edək ki, yarışın yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 18:10-da start götürəcək.