Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandı
    • 23-06-2023, 21:15
    • 277

Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazandı

Azərbaycan karateçisi İrina Zaretska 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb. 

News24.az xəbər verir ki, o, finalda isveçrə idmançısı İrina Kuiriçə 4:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, İrina Zaretska Avropa Oyunlarının ikiqat qalibi adına yiyələnib.