Zelenskinin ofisindən “Vaqner”in qiyamı ilə bağlı AÇIQLAMA
    • 24-06-2023, 11:04
    • 147

Zelenskinin ofisindən “Vaqner”in qiyamı ilə bağlı AÇIQLAMA

Zelenskinin ofisi “Vaqner”in qiyamına münasibət bildirib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Twitter“ hesabında yazıb.

“Vaqner” rəhbəri Yevgeni Priqojinin Rusiyadakı anti-terror əməliyyatı artıq Rostovun, bir neçə federal magistralın, Cənub Hərbi Dairəsinin qərargahının ələ keçirilməsinə səbəb olub” - deyə paylaşımda qeyd edilib.