-
- 25-02-2019, 16:02
- 879
Elməddindən MTRŞ-ya cavab: “Məqamları qabardıb...”
Bir neçə gün əvvəl Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin yerli seriallarla bağlı açıqlama verib.
MTRŞ-nın sədri seriallardakı ər-arvad münasibətlərinin bayağı formada nümayiş olunduğu və bu məsələnin onları narahat etdiyini bildirib.
Məsələ ilə bağlı News24.az-a açıqlama verən “Bacanaqlar” və “Qız atası” seriallarının layihə rəhbəri Elməddin Cəfərov seriallarla bağlı səslənən fikirlərə hörmətlə yanaşdığını açıqlayıb:
“Nuşirəvan müəllimin müsahibəsini tam oxuduq. Vurğuladığı məsələlərə çox diqqətlə və hörmətlə yanaşırıq.
Narahatçılıq doğuran məsələlərdə və qeyd olunan iradlardan biz də öz payımızı götürüb, artıq yeni çəkdiyimiz seriyalarda tətbiq eləmişik.
Çox sağ olsunlar ki, bizim diqqətimizdən qaçan incə məqamları qabardıb, həll eləməkdə bizə öz dəyərli məsləhətlərini verirlər.
Düzdür, bizim seriallarda baş verən hadisələr real Azərbaycan ailəsini əks etdirməsə də orda baş verən komedik səhnələr bir xəyal məhsulu olsa da yenə də bizim üçün da ən mühüm məsələ Azərbaycan adət-ənənələrinin düzgün formada təbliğ olunmasıdır”.
Teymur MƏMMƏDOV