ABŞ-da COVID-19-la bağlı tətbiq edilən fövqəladə vəziyyət ləğv edilir
    • 8-02-2023, 09:00
    • 222

ABŞ-da COVID-19-la bağlı tətbiq edilən fövqəladə vəziyyət ləğv edilir

Birləşmiş Ştatlar yaxın vaxtlarda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejiminin ləğvini elan edəcək.

News24.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında "Ölkənin vəziyyəti" ilə bağlı illik müraciətində ABŞ prezidenti Co Bayden deyib. 

"Koronavirusla bağlı ölümlərin sayı təxminən 90 faiz azalıb. Biz milyonlarla insanın həyatını xilas etdik" - deyə Bayden bildirib. 

Administrasiya rəhbərinin sözlərinə görə, ABŞ pandemiya ilə mübarizədə böyük irəliləyiş əldə edib: “Biz tezliklə səhiyyə sahəsində fövqəladə vəziyyəti ləğv edəcəyik. Buna baxmayaraq, biz hələ də koronavirusun yeni növlərini izləməli, yeni peyvəndləri və müalicələri dəstəkləməliyik". /TASS/

Teymur MƏMMƏDOV