“Günay Sığorta”nın lisenziyası ləğv olundu
    • 24-06-2023, 16:36
    • 582

“Günay Sığorta”nın lisenziyası ləğv olundu

Azərbaycan Mərkəzi Bankı (AMB) "Günay Sığorta" ASC-nin lisenziyasını ləğv edib.

AMB-dən News24.az-a verilən məlumata görə, 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya "Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında ləğv olunub.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur. Bu il mayın 16-da Bankın lisenziyası ləğv olunduqdan sonra "Günay Sığorta"nın fəaliyyətində çətinliklər yaranmışdı.