Millimizin üzvü Bolqarıstan klubuna keçə bilər
    • 24-06-2023, 22:40
    • 179

Millimizin üzvü Bolqarıstan klubuna keçə bilər

Ukraynanın "Aleksandriya" klubundan ayrılan azərbaycanlı futbolçu Emil Mustafayev karyerasını Bolqarıstanda davam etdirə bilər.

News24.az "Report"-a istinadən xəbər verir ki, 22 yaşlı hücumameylli yarımmüdafiəçi MOİK-lə danışıqlar aparır.

Transfer baş tutsa, gənc vinger Sofiya təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Emil Mustafayev 2021-ci ilin noyabrından Azərbaycanın U-21 yığmasında çıxış edir.