Məşhur müğənni Priqojinə görə çətin anlar yaşadı - FOTO
    • 25-06-2023, 15:09
    • 154

Məşhur müğənni Priqojinə görə çətin anlar yaşadı - FOTO

Moskvaya konsert vermək üçün gedən türkiyəli müğənni Petek Dinçöz Rusiyada baş verən qiyama görə çətin anlar yaşayıb.

News24.az xəbər verir ki, ifaçı internetə çıxış olmadığına görə heç kimlə əlaqə yarada bilmədiyini və vəziyyətlərinin yaxşı olduğunu deyib:

"Hər kəsə salam! Ailəmizə, sevdiklərimizə və bizdən saatlarla xəbər tutmayan hörmətli mətbuat mənsublarına gec də olsa, Moskvadakı vəziyyətinizi bildirmək istəyirəm. Vizajistim, köməkçim, həyat yoldaşım və mən aylar öncədən razılaşdırılan proqram üçün Moskvada idik. Səhnəyə çıxmaq üçün otelə gedərkən çevriliş cəhdi olduğunu öyrəndik. Təxirə salınmadığı üçün konsertdə səhnəyə çıxdım. Sonra isə qaldığımız otelə qayıtdıq". 

Petek Dinçöz əlavə edib ki, axşam saatlarında İstanbula dönəcək.

Qumral