Polşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq
    • 25-06-2023, 18:02
    • 185

Polşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq

Milli Məclisin deputatı Müşfiq Məmmədli  iyunun 27-də Polşanın paytaxtı Varşava şəhərinə səfər edəcək.

News24.az xəbər verir ki, səfər çərçivəsində deputat Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizin Polşadakı səfirliyinin inzibati binasının ərazisində Ulu Öndərin  büstünün açılış mərasimində iştirak edəcək.

Tədbirdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixindəki rolu və müstəsna xidmətlərindən bəhs ediləcək.

Açılış mərasimində Polşa hökumətinin, Senat və Seyminin, diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər. 

Qeyd edək ki, səfər iyunun 29-da başa çatacaq.