Görüşlər sabah başlayacaq —  XİN sözçüsü
    • 26-06-2023, 14:25
    • 264

Görüşlər sabah başlayacaq — XİN sözçüsü

Xəbər verdiyimiz kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla danışıqların növbəti raundunda iştirak etmək üçün ABŞ-a işgüzar səfər edib.

News24.az
xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, danışıqların növbəti raundu üçün görüşlərin sabah keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Tərəflər arasında son görüş mayda keçirilib.