Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yağış, şimşək, dolu…
    • 27-06-2023, 10:28
    • 258

Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yağış, şimşək, dolu…

İyunun 28-də şimal-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarda iyunun 27-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.