“Santa Barbara”nın aktyoru dünyasını dəyişdi
    • 27-06-2023, 17:20
    • 781

“Santa Barbara”nın aktyoru dünyasını dəyişdi

ABŞ-nin “Santa Barbara” serialında Lionel Lokric obrazı ilə tanınan aktyor Nikolas Koster 89 yaşında vəfat edib.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə instaqramda onun qızı Dinnin Koster məlumat verib.

“Atam, aktyor Nikolas Koster Floridada xəstəxanada öldü”, -deyə Dinnin qeyd edib.

Aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Nikolas Koster Londonda anadan olub, lakin uşaqlığını və gəncliyini ABŞ-də keçirib. Orada o, ilk olaraq aktyorluğun əsaslarını öyrənir, bundan sonra vətənə qayıdır və Kral Dramatik İncəsənət Akademiyasında təhsil almağa başlayır. Filmoqrafiyasında Kosterin 170-ə yaxın rolu var.