Elnarə Xəlilova  "Xocalıya ədalət" istədi - FOTO - VİDEO
    • 26-02-2019, 18:45
    • 1 092

Elnarə Xəlilova "Xocalıya ədalət" istədi - FOTO - VİDEO

Müğənni Elnarə Xəlilova “Justice for Khojali” (“Xocalıya ədalət”) adlı mahnı təqdim edib.

News24.az xəbər verir ki, mahnı ingilis və Azərbaycan dillərindədir. Bəstənin sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarənin özünə, aranjimanı Emil Həşimova aiddir. Ekran i.inin rejissoru Orxan Bektaşdır. 

Sənətçi mahnının İngilis dilində olmasına da aydınlıq gətirib:

“Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım”.

Teymur MƏMMƏDOV