Beyləqanda ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər var
    • 2-07-2023, 21:06
    • 177

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər var.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə, Beyləqan rayonunda (Beyləqan-Daşburun avtomobil yolunun 11-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Daewoo” markalı minik avtomobili yol kənarındakı avtobus dayanacağına çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.