Bakıda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq, intihar etmək istəyib
    • 27-02-2019, 10:40
    • 985

Bakıda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq, intihar etmək istəyib

Bakı şəhərinin Nizami rayonunda iki nəfər beşmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən News24.Az-a verilən məlumata görə, bununla bağlı nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar.