Prezident İlham Əliyev Danila Prezidentini təbrik etdi
    • 27-02-2019, 12:15
    • 923

Prezident İlham Əliyev Danila Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu yollayıb.

News24.Az xəbər verir ki, məktubda yazılıb:

Hörmətli cənab Prezident,
Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2019-cu il.