Bulvarda ağacı zədələyən qadın saxlanıldı
    • 4-07-2023, 10:57
    • 193

Bulvarda ağacı zədələyən qadın saxlanıldı

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.  

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev News24.az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.

O izahatında törətdiyi əməli etiraf edib. 

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.