Xaçmazda ana və oğul küçədə döyülüb
    • 6-07-2023, 01:01
    • 251

Xaçmazda ana və oğul küçədə döyülüb

Xaçmazda ana və oğul küçədə döyülüb.

Hadisə rayonun "İzmayılovka" adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri - 1955-ci il təvəllüdlü Z.Həsrətova və onun oğlu, 1984-cü il təvəllüdlü P.Həsrətov mübahisə zəminində tanıdıqları şəxs tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıblar. Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır. /Report/