Xaçmazda fəhlələri aparan avtomobil qəzaya düşdü: Xəsarət alan var
    • 16-06-2023, 22:41
    • 345

Xaçmazda fəhlələri aparan avtomobil qəzaya düşdü: Xəsarət alan var

Xaçmazda fəhlələri aparan avtomobil qəzaya düşüb, 3 nəfər xəsarət alıb.

Hadisə Gəndob-Xaçmaz-Yalama yolunun 42-ci kilometrliyində qeydə alınıb.

Belə ki, “VAZ-Granta” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə Xudat şəhər sakinləri - 1982-ci il təvəllüdlü Süleymanova Yeganə Hədət qızı, 1962-ci il təvəllüdlü Qonaqova Yavər Xanbala qızı və Qusar rayon sakini, 1980-ci il təvəllüdlü Əlimuradov Rasim Abdulqədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların rayonda işlədiyi bağdan evə qayıtdıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır. \Report\