Bakıda orta məktəb şagirdi döyülüb
    • 15-04-2022, 00:34
    • 386

Bakıda orta məktəb şagirdi döyülüb

Bakıda orta məktəb şagirdi döyülüb.

Hadisə Səbail rayonunda qeydə alınıb. 132 saylı tam orta məktəbin şagirdi, 2008-ci il təvəllüdlü Ömər Hüseyn İbrahim oğlu digər şagird, yaxud şagirdlər tərəfindən döyülüb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş nahiyərinin əzikləri diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. /Report/