Rusiyadan Azərbaycana qayıdan biznesmen canına qəsd etdi
    • 6-07-2023, 10:13
    • 186

Rusiyadan Azərbaycana qayıdan biznesmen canına qəsd etdi

Ağcabədi rayonunda intihar hadisəsi olub.

News24.az xəbər verir ki, Qaradolaq kəndində 1959-cu il təvəllüdlü Vaqif Teyyub oğlu Bağırov tikilməkdə olan evinin birinci mərtəbəsindən özünü asıb. Kənd sakinləri arasında Əvəz adı ilə tanınan şəxsin meyitini yaxınları aşkar ediblər.

Bildirilib ki, Vaqif Bağırov uzun müddət Rusiyada biznes fəaliyyəti ilə məşğul olub. O, bir neçə ay əvvəl daimi yaşamaq üçün Azərbaycana qayıdıb. V.Bağırov dogma kəndində yeni ev tikdirmək qərarına gəlibmiş. Amma nədənsə həmin evdə həyatına son qoyub.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.

Taleh Bağırov