Bakıda işləyən şəxs yeni aldığı evə gedib, özünü öldürdü
    • 11-10-2022, 12:33
    • 194

Bakıda işləyən şəxs yeni aldığı evə gedib, özünü öldürdü

Hacıqabul rayonunda intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Pərvin Səxavət oğlu Bağırov özünü rayonun Talış kəndində yerləşən evin həyətində asıb.

Araşdırmalar zamanı məlum olub ki, 30 yaşlı Pərvin əslən Sabirabad rayonundandır və Bakıd aişləyib.

O, bir müddət əvvəl Hacıqabulun Talış kəndində ev alıbmış və vaxtaşırı həmin evə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.