Makronun şok Qarabağ planı: Əliyev Bakıda onu belə ifşa etdi
    • 6-07-2023, 18:43
    • 194

Makronun şok Qarabağ planı: Əliyev Bakıda onu belə ifşa etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışdığını diqqətə çatdırdı. Prezident bildirdi ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır.

Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılmasının onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini vurğulayan dövlət başçısı qeyd edib: “Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib”. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bunun utanmaz və iyrənc hərəkət olduğunu deyən dövlət başçısı deyib: “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”. Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.

News24.az xatırladır ki, iyunun 1-də Kişinyovda beştərəfli görüşdən sonra Parisə uçan Makron Fransa Erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri, Daşnaksütyun partiyasının büro üzvü Murad Papazyana zəng edib. O iddia edib ki, “yalnız mən Qarabağla bağlı mövqe ortaya qoydum, digərləri – nə Şolts, nə Mişel bunu etmədi, Paşinyan belə etmədi, onlar Qarabağın Azərbaycan ərazisini olduğunu qəbul edir, yalnız mən...”. Fransadakı erməni lobbisinə məxsus media tərəfindən yayılan (ArmActu), daha sonra Ermənistan mediasında da tirajalanan xəbərlər Makronun Papazyana həyacanla hesabat verməsini təsəvvür etməyə imkan verir. O hətta iddia edib ki, guya Azərbaycan  Prezidenti İlham Əliyevə təzyiq edib.



Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emanuel Makronun erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərə cavab olaraq bildirdi ki, Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirləri qəbuledilməzdir. Qeyd edildi ki, həm 44 günlük Vətən müharibəsində, həm də post-münaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makron müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilməyib.

XİN bəyan etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərildiyi barədə iddiaları Fransa Prezidenti Makronun təxəyyülünün məhsuludur. Azərbaycanın Prezidentinə təzyiq göstərmək cəhdləri heç zaman nəticə verməyib. Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycanın milli maraqlarını beynəlxalq hüququn norma və prinsipləri əsasında daim uğurla müdafiə edib. Makronun açıqlaması bir daha onu göstərdi ki, o, Fransanın erməni lobbisinin əlində bir alətdir. 



Politoloq və Fransa üzrə ekspert Nadejda Uzunova hesab edir ki, Makron məhz NATO ilə Rusiya arasında qarşıdurmanın kəskinləşməsi fonunda Cənubi Qafqazdakı proseslərdə fəal şəkildə özünü göstərməyə başladı: “Biz xatırlayırıq ki, İkinci Qarabağ Müharibəsini dayandıqdan və Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş imzalandıqdan sonra Qərb “tərəfdaşları”, xüsusən də Fransa bu məsələyə hədsiz dərəcədə narazılıq bildirdi”.

O qeyd edib ki, Makron ambisiyalarını və Qərbin siyasətini dərk edərək özünü balanssız aparır, çünki bütövlükdə Qərb kimi Parisin məqsədi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması deyil, sabitliyin pozulması, o cümlədən Rusiya ilə Ermənistan arasında toqquşmadır:

“Ona görə də Paris (Fransa ilə Ermənistanın yaxınlığının tarixi faktorunun təsiri ilə yanaşı) İrəvanın tərəfində oynayır. Amma bu yaxınlıq faktoru xəyali xarakter daşıyır. Fransa və Qərbin Cənubi Qafqazda qarşıya qoyduğu vəzifələrin həllində vasitəçi ölkə məhz Ermənistandır. Fransanın Ermənistan-Azərbaycan sərhədində Aİ-nin monitorinq missiyasının işində bu qədər fəal olması, əbəs yerə deyil”.
Ekspert bildirib ki, Makronun Marseldə erməni icması ilə görüşü Fransa liderinin onun üçün vacib siyasi tapşırıqların iş qaydasında qərar verməsi kimi şərh edilə bilər: “O vaxt iğtişaşlar təzəcə başlayırdı və Fransa prezidenti ümid edirdi ki, onları tez bir zamanda söndürmək olar. Bundan əlavə, istənilən halda iyunun 1-də Kişinyovda Azərbaycan prezidenti, Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri və Avropa İttifaqı Şurasının rəhbərinin beştərəfli görüşü olub. Makron Parisin Ermənistan-Azərbaycan prosesinə hansısa böyük təsiri olduğunu iddia etməkdə davam etmək istəyir. Makron Marseldə erməni icmasına, ən əsası isə erməni radikal müxalifətinə səs-küylü bəyanatlar verdi”.

Politoloq bildirib ki, Qarabağ separatçıları mövzusunu gündəmə gətirən Makron bu məsələdə Ermənistan hakimiyyətinin özündən daha fəal lobbiçilik edir: “Makron danışıqlarda vəziyyəti daha da mürəkkəbləşdirmək üçün Ermənistan-Azərbaycan prosesindəki ən çətin məsələdən istifadə edir. Bu, həm dünyanın ən böyük icmalarından biri olan Fransa daxilindəki erməni icmasına, həm də Ermənistanın müxalifətinə qarşı belə bir oyundur – bu görüşdə son dərəcə vacib və diqqəti cəlb edən detaldır. Yəni, Parisin və Qərbin vəzifəsi Ermənistandan öz problemlərini həll etmək üçün alət kimi istifadə etməyə davam etməkdir. Ona görə də Makron açıqlamalarında həm də erməni müxalifətinə işləyir. Məqsəd Ermənistan hakimiyyətinə xoş gəlmək deyil, öz ölkəsində əsasən radikal erməni müxalifətindən ibarət erməni icmasına xoş görünməkdir.

Makronun indiyədək o qədər acınacaqlı təxribat xarakterli bəyanatlar səsləndirib ki, Azərbaycan prezidenti ötən ilin sonunda dedi ki, Paris artıq Ermənistan-Azərbaycan nizamlanmasında vasitəçi ola bilməz. Makrona Kişinyovda yenidən şans verildi, amma heç nə dəyişmədi. Çünki Fransanın məqsədi birdir - nizamlanma yox, təxribatdır. Azərbaycanla Ermənistan arasında əsas danışıqlar aparan Rusiyanı sıxışdırmaq cəhdi, onu regionda sülhün real təminatçısı kimi gözdən salmaq cəhdi var. Onlar Rusiyanı gözdən salmaq istəyirlər, lakin bu, münaqişəni daha da dərinləşdirə bilər. Azərbaycan və Ermənistan belə bir çətinliklə nizamlanmaya doğru irəliləyir. Rusiyanı gizlicə sıxışdırıb Cənubi Qafqazda yeni münaqişəni alovlandırmaq istəyirlər. Rusiya uzunmüddətli nizamlanmada maraqlıdır”.

Akqabay Mıradov