Azərbaycanda əkiz qardaşların ölməsi faktı üzrə cinayət işi başlanıldı
    • 7-07-2023, 16:33
    • 346

Azərbaycanda əkiz qardaşların ölməsi faktı üzrə cinayət işi başlanıldı

Əkiz qardaşların ölməsi faktı üzrə cinayət işi başlanılıb.

Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 7-si saat 15 radələrində Xaçmaz rayonu, Yalama qəsəbəsi, Meşəli kəndində yerləşən evlərin birində 1992-ci il təvəllüdlü əkiz qardaşlar - Orxan və Kamran İsgəndərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddələsilə cinayət işi başlanaraq istintaq edilir.