Qanunsuz erməni silahlı dəstələrinin qarşısı alındı
    • 11-07-2023, 09:53
    • 157

Qanunsuz erməni silahlı dəstələrinin qarşısı alındı

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə News24.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.