Lənkəranda təmizlik işləri görən qadın YANDI
    • 11-07-2023, 15:29
    • 280

Lənkəranda təmizlik işləri görən qadın YANDI

Lənkəranda 45 yaşlı qadın yanıb.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Z.Hüseynova həyətdə təmizlik işləri görərkən küçədə zibil tullantılarını yandırmaq istəyib. Tullantıların yanmadığını görən qadın zibillərin üzərinə benzin töküb. Bu zaman onun əlindəki əşya alovlanıb və Z.Hüseynova yanıb.

Köməyə gələn qonşular təcili yardım briqadasının köməyi ilə onu xəstəxanaya çatdırıblar. Xəstənin vəziyyəti ağır qiymətləndirilməsi səbəbindən zəruri tibbi yardımdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.