İcra başçısının xanımı vəzifəsindən AZAD EDİLDİ - FOTO
    • 11-07-2023, 18:57
    • 507

İcra başçısının xanımı vəzifəsindən AZAD EDİLDİ - FOTO

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun həyat yoldaşı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva vəzifəsindən azad edilib.

News24.az
32gun.az-a istinadən xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın multikulturalizm məsələləri üzrə müşaviri olan Ç.Hacıyeva artıq bir müddətdir bu vəzifəni icra etmir.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Ç.Hacıyevanı özünə yeni müşavir təyin etmişdi.

Mətbuatda gedən məlumata görə, İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva 2020-ci ildə 115 min manatlıq qazpulu borcuna görə məhkəməyə verilmişdi.