-
- 12-07-2023, 14:21
- 324
Quranı yandırmaq istəyirdi, Ərdoğanın bu qərarından sonra isə...
Quranı yandırmaqla aksiya keçirmək üçün polisdən icazə alan İsveçin Helsinqborq şəhərinin 29 yaşlı Lukas adlı sakini müsəlmanların müqəddəs kitabı əvəzinə NATO nizamnaməsini yandırmaq niyyətindədir.
News24.az xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti yazır.
Bildirilir ki, Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya etməyə razılaşdıqdan sonra o, belə bir qərar verib. Aksiya iyulun 12-nə təyin edilib. Məkan Helsinqborqun mərkəzi meydanlarından biridir.
Etirazçının sözlərinə görə, Quranı yandırmaq niyyəti İsveçin NATO-ya qoşulma prosesini dayandırmaq və ya heç olmasa ləngitmək istəyindən irəli gəlib.
“Kampaniya zamanı NATO və İsveç haqqında deyəcəklərim çox şey var”, - Lukas deyib. O qeyd edib ki, Quranı yandırmaq fikrinə qətiyyən aludə deyil. Belə bir fikir ona iki həftə əvvəl gəlib.
Akqabay