"Bu yazıq qız turistə nə dedi ki?" - Nadir muzey əməkdaşını MÜDAFİƏ ETDİ- VİDEO
    • 13-07-2023, 11:21
    • 549

"Bu yazıq qız turistə nə dedi ki?" - Nadir muzey əməkdaşını MÜDAFİƏ ETDİ- VİDEO

Müğənni Nadir Qafarzadə Naxçıvanda Bayraq müzeyində Elif adlı türkiyəli turisti təhqir etdiyi üçün işdən çıxarılan muzeyin əməkdaşı Məhərrəmli Asudənin müdafiəsinə qalxıb
News24.az xəbər verir ki, Nadir iradını sosial mediada bildirib: "İnanmıram ki, bu hadisə Türkiyədə baş versəydi işçini vəzifəsindən azad edərdilər. Heç vaxt. Bir də ki, bu yazıq qız turistə nə dedi ki? Naxçıvanlı, azərbaycanlı xanım... Yenə bir qadın işsiz qaldı. Şəxsən mən təhqir eşitmədim. Bir də hər türk dilində danışan, Türkiyə vətəndaş olana türk demək deyil" - deyə, Nadir paylaşımında qeyd edib. 

Könül İbrahim