-
- 13-07-2023, 13:36
- 238
Azərbaycanda 72 üçəm, 4 dördəm doğuldu
Bu il Azərbaycanda 1 360 əkiz, 72 üçəm doğulub.
News24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar-may aylarında ölkə üzrə 46 544 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12-dən 11,1-ə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 1360-ı əkiz, 72-si üçəm, 4-ü isə dördəm olub.