-
- 14-07-2023, 13:49
- 230
Ankara Qərblə münasibətlərə görə Rusiyadan uzaqlaşır?
Ankara Qərblə münasibətlərin intensivləşməsinə baxmayaraq, Moskva ilə əlaqələri kəsmək niyyətində deyil.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri yazıb.
Ərdoğan və Putinin erkən görüşünün ikitərəfli əlaqələri gücləndirəcəyinə əminlik ifadə olunub.
Qeyd olunub ki, Qərblə münasibətlərin intensivləşməsi Rusiya-Türkiyə münasibətlərinə heç bir şəkildə təsir etməyəcək.
“Türkiyənin Avropa və Vaşinqtonla münasibətlərə doğru getməsi Rusiyadan uzaqlaşma kimi qiymətləndirilməməlidir və Ankara ilə Qərbin münasibətlərində yeni dövr heç bir şəkildə Moskva ilə əməkdaşlığa təsir etmir”, - nəşr yazıb.
Qəzet qeyd edir ki, Türkiyə hələ də Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq istəyir. “Sabah” həmçinin Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın erkən görüşünün ölkələri daha da yaxınlaşdıracağına ümid etdiyini bildirib.
“Diplomatiya çoxsaylı aktorların qarşılıqlı əlaqədə olduğu dünyadır. O mövcud şərait, hadisələr, maraqlar və imkanlar çərçivəsində həyata keçirilir”, - məqalədə vurğulanıb.
Akqabay