Anası Xudayarın şəhid olduğu YERDƏ
    • 15-07-2023, 11:07
    • 189

Anası Xudayarın şəhid olduğu YERDƏ

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin doğum günüdür.

News24.az-ın xəbərinə görə, anası Radə Qurbanova onun doğum günü ərəfəsində Xudayarın şəhid olduğu torpaqlarda olub.

Q.Qurbanova Zəngilanın onun üçün çox doğma olduğunu söyləyib:

"Çünki mənim balamın son nəfəsi bu torpaqda alınıb. Mənfur düşmənin hücumu nəticəsində şəhid olub. Xudayar həmişə özünü hərbçi kimi görürdü. Döyüş başlayanda ona dedim ki, narahatam. Mənə soyuqqanlı şəkildə dedi ki, narahat olma".

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin Vətən müharibəsi zamanı oxuduğu “Vətən yaxşıdır” təsnifi ilə məşhurlaşıb./report/