Azərbaycanda dəhşətli qəza: ölənlər var - VİDEO
    • 15-07-2023, 11:14
    • 205

Azərbaycanda dəhşətli qəza: ölənlər var - VİDEO

Qəbələ rayonunun Nohurqışlaq kəndi ölümlə nəticələnən ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüləri – 1966-cı il təvəllüdlü Akif Qara oğlu Abdurrəhmanov və 1988-ci il təvəllüdlü Anar Vüqar oğlu Nəsrullayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.