“Prezidentin tapşırığından qabaq məsələni araşdırmaq lazım idi” - Vahid Əhmədov
    • 18-07-2023, 12:34
    • 157

“Prezidentin tapşırığından qabaq məsələni araşdırmaq lazım idi” - Vahid Əhmədov

“Gədəbəy hadisələri ilə bağlı araşdırmanın nəticələri açıqlanmalıdır. Əhali bu məsələ ilə bağlı narahatdır”. 

Bu fikirləri News24.az-a açıqlamasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, mərkəzi icra hakimiyyəti orqanları məsələni vaxtında araşdırmalı idilər: “Monitorinqlər keçirilməlidir, müəyyən ekspertizalar aparılmalıdır. Cənab Prezident tapşırıq verəndən sonra məsələ öz həllini tapdı. Prezidentin işləri çoxdur, hamısına müdaxilə etməyə vaxtı çatmaz. Qurumlar öz işlərini layiqincə yerinə yetirməlidirlər. Prezident tapşırıq verməmişdən qabaq məsələni araşdırmaq lazım idi”.