AİHM Rusiyanın Ukraynaya qarşı daha bir şikayətini təmin etmədi
    • 18-07-2023, 17:39
    • 178

AİHM Rusiyanın Ukraynaya qarşı daha bir şikayətini təmin etmədi

Avropa İnsan Haqları Məhkəməsi Rusiyanın Ukraynaya qarşı növbəti şikayətini təmin etməyib.

News24.az-ın məlumatına görə, bu barədə Ukraynanın Ədliyyə Nazirliyi məlumat yayıb. 

Qərarda həmçinin Rusiya əleyhinə bundan sonra da təqdim olunacaq iddia ərizələrinə baxılmasının vacibliyi barədə müddəa yer alıb. 

Nazirliyin Avropa İnsan Haqları Məhkəməsi ilə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Marqarita Sokorenro bildirib ki, rəsmi Moskvanın iddia ərizəsində əks olunan 10 epizodun hər biri rədd edilib:“Bu kimi addımlar Rusiyanın öz əməllərinin məsuliyyətini üzərindən atmaq, eləcə də reallığı təhrif etmək cəhdidir. Bildirmək istəyirik ki, rəsmi Moskvanın yol verdiyi bütün əməllərə görə beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunması üçün bütün zəruri addımlar atılacaq”

İddia ərizəsində həmçinin Ukrayna hakimiyyətinin ölkə daxilində kütləvi qətllər, çoxsaylı adam oğurluğu cinayətləri, eləcə də 2014-cü il iyulun 17-də Donetsk ətrafında vurulan “Boeing-777” təyyarəsinə görə məsuliyyətə cəlb edilməsi tələb olunurdu.

Qeyd edək ki, həmin hadisə zamanı ekipaj üzvləri ilə birlikdə 298 nəfər ölüb.

Fərid Azəri