Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi - ŞOK GÖRÜNTÜLƏR
    • Bu gün, 12:41
    • 66

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi - ŞOK GÖRÜNTÜLƏR

Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətindən videolar yaymağa başlayıb.

News24.az xəbər verir ki, Ukrayna ordusuna yaxın teleqram kanallarında Rusiyanın Sudja şəhərinin ələ keçirildiyi barədə xəbərlər və görüntülər paylaşılıb.

Axşam saatlarında teleqram kanallarında bir qrup ukraynalı əsgərin Sudjada "Qazprom" şirkətinin yerli filialının qapıları qarşısında bayraqla videosu yayılıb.

“Şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Şəhər sakitdir, bütün evlər tamdır. Strateji obyekt - Sudja şəhərindəki "Qazprom" 61-ci briqadanın 99-cu motoatıcı batalyonu tərəfindən idarə olunur", - hərbçilərdən biri deyir.

Videoda atışma, partlayış və digər səslər eşidilmir. Cümə günü internetdə yayılan ikinci videoda ukraynalı əsgərin Lyubimovka kəndinin girişində dayandığı görünür. Bu kənd Sudjadan 20 km şimal-qərbdə, Ukrayna sərhədinin ən yaxın nöqtəsindən 8 km məsafədə məsafədə yerləşir. Maşından çəkilmiş üçüncü videoda Kursk vilayətinə daxil olan ukraynalı hərbçilər əks olunub.

Qeyd edək ki, "Qazprom" ofisi Sudjanın şimal kənarında yerləşir, bəzi rus hərbi təbliğat teleqram kanalları şəhərin şərq hissəsinin Rusiyanın nəzarəti altında qaldığını iddia edir.

Sudja şəhərinin meri Vitali Slaşçev "TASS" agentliyinə bildirib ki, şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında deyil. “Təxliyə gedir, Sudja bizimdir”, - o qeyd edib.