Bakıda "Jiquli"ni qaçıran uşaqlar tutuldu
    • Bu gün, 12:17
    • 47

Bakıda "Jiquli"ni qaçıran uşaqlar tutuldu

Suraxanı rayonu ərazisində “VAZ- 2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq rayon ərazisində avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.