Səudiyyə Ərəbistanı Türkiyədən “Bayraktar”  idxal edəcək
    • 18-07-2023, 18:31
    • 168

Səudiyyə Ərəbistanı Türkiyədən “Bayraktar” idxal edəcək

Səudiyyə Ərəbistanı Türkiyədən “Bayraktar Akıncı” pilotsuz uçuş aparatları idxal edəcək. 

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ciddə şəhərində adıçəkilən ölkənin Müdafiə Nazirliyi ilə bu barədə razılaşma imzalanıb. 
Sənədə əsasən, sözügedən avadanlıqlar Səudiyyə Ərəbistanı ordusunun silahlanmasına daxil ediləcək. 

“BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bu müqavilənin iki ölkə arasında dərin köklərə malik əlaqələrin təzahürü olduğunu vurğulayıb:“Bu, çox önəmli bir addımdır. İmzaladığımız sənəd pilotsuz uçuş aparatlarının istehsal texnologiyası baxımından bacarıqlarımızla yanaşı, Səudiyyə Ərəbistanının da yüksək texnologiyaların tətbiqi sahəsindəki potensialını yüksəltməyə kömək edədəcək. Təməli qoyulan bu əməkdaşlıq təkcə ölkələriz arasındakı əlaqələri gücləndirməyə deyil, regional və qlobal sülhə də töhfə verməyi hədəfləyir”.

Fərid Azəri