Türkmənistan bu mühüm sazişə qoşuldu
    • 18-07-2023, 18:55
    • 176

Türkmənistan bu mühüm sazişə qoşuldu

Türkmənistan İran, Rusiya və Hindistanın razılığı ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulub.

News24.az xəbər verir ki, bundan əvvəl Aşqabadın özü də layihənin iştirakçısı olmaq planlarını açıqlayıb. 

Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyinin baş direktoru Məmmətxan Çakiyev məlumat verib ki, bu istiqamətdə işlər davam etdirilir. Həmçinin qeyd olunub ki, Türkmənistan coğrafi mövqeyinə görə qlobal təchizat zəncirlərinin inkişafında mühüm rol oynayır.

Şimal-Cənub multimodal nəqliyyat dəhlizinin yaradılması haqqında hökumətlərarası saziş 2000-ci ildə Rusiya, Hindistan və İran tərəfindən imzalanıb. Daha sonra iştirakçıların siyahısı 14-ə qədər genişlənib. Layihənin məqsədi Hindistan, İran və Fars körfəzi ölkələrindən Rusiya ərazisindən keçməklə Avropaya yük axınlarının tranzitini cəlb etməkdir. 

Akqabay