Bu ilin 6 ayı ərzində 47 minə yaxın şəxs işlə təmin edilib- DMA- Video
    • 20-07-2023, 16:18
    • 159

Bu ilin 6 ayı ərzində 47 minə yaxın şəxs işlə təmin edilib- DMA- Video

Cari ilin sonuna kimi 40 mindən çox şəxsin işlə təmin olunması, 16 175 nəfərin özünüməşğulluq proqramına, 4519 nəfərin peşə hazırlığına cəlbi, 53 438 nəfərin peşəyönümü məsləhət xidmətləri ilə əhatə olunması hədəflənib.

Bu barədə News24.az-a Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı məlumat verib.

Bildirib ki, 2022-ci il üzrə özünüməğulluq tədbirlərini dəstəkləyən yerli və beynəlxalq tərəfdaşlarla birgə “Biznesini yarat” marafonu “Özünüməşğulluğa dəstək”, “Tənha anaların sosial inkişafına dəstək”, “Məktəbim”, “FotoMən3”, “Cins hevandarlıq”, “Gənclərin biznes emalatxanası” və “Məşğulluğa dəstək” layihəsi icra olunub.

Həmçinin, Agentlik tərəfindən postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilib.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən 16 416 şəhid ailəsi və müharibə veteranı aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 9 395 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb, 6 806 nəfər isə münasib işlərlə təmin olunub.

Ayfər Nizaməddinqızı