"iPhone 15 Pro Max" ucuzlaşdı
    • 4-05-2024, 17:30
    • 248

"iPhone 15 Pro Max" ucuzlaşdı

Rusiya bazarında yüksək səviyyəli "iPhone 15 Pro Max" smartfonunun qiyməti nəzərəçarpacaq dərəcədə azalıb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Hi-Tech Mail.ru” məlumat yayıb.

Satışın başlanğıcında cihaz üçün "fenomenal" 189-200 min rubl (3700 manat) istənilirdisə, may ayının əvvəlində 120 min rubla olduğu ortaya çıxdı.

Qiymət fərqi 35 faiz olub. 

15 Pro Max, Always-On displey dəstəyi ilə 6,7 düymlük 120Hz LTPO Super Retina XDR OLED ekrana malikdir. Cihazda həmçinin flaqman Apple A17 Pro prosessoru, 8 giqabayt operativ yaddaş, 48, 12 və 12 meqapikselli linzalı üçlü kamera və lidar var. Smartfon titan korpus, Face ID və 4441 milliamper-saat tutumlu akkumulyator alıb.